Ordu.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
“Bu gün prezident müdafiə naziri Kim Yonq Hyunun istefasını qəbul edib və ona vəzifəsindən istefa verməyə icazə verib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, dekabrın 4-də Kim Yonq Hyun həmvətənlərindən üzr istəyib, hərbi vəziyyətə görə məsuliyyət daşıdığını bəyan edərək istefa verib.
Ölkənin Səudiyyə Ərəbistanındakı səfiri Çoi Byung Hhyuk müdafiə naziri vəzifəsinə təklif edilib.
Ordu.az