İtaliyanın XİN rəhbəri: Zelenski güzəştə getməli olacaq

2024/12/1733374910.jpg
Oxunub: 306     01:37     05 Dekabr 2024    
İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani bildirib ki, Kiyev güzəştə getməlidir.

Ordu.az xəbər verir ki, bu barədə diplomat “RAI-1” televiziyasına müsahibəsində bildirib.

“Ruslar hələ də irəliləyirsə, Volodimir Zelenski vəziyyətin daha da pisləşməsini istəmirsə, güzəştə getməli olacaq”, - deyə o qeyd edib.

O əlavə edib ki, 2025-ci ildə sülh əldə edilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Güzəşt  


Bizi "telegram"da izləyin