Pilsen Universitetində atışma səsi eşidilməsi xəbəri təcili təxliyəyə səbəb olub

2024/12/1733337039.jpg
Oxunub: 388     22:14     04 Dekabr 2024    
Çexiyanın Pilsen şəhərində yerləşən Qərbi Bohemiya Universitetinin İqtisadiyyat və Maşınqayırma fakültələrinin binasında atışma səsi eşidilməsi xəbəri təcili təxliyəyə səbəb olub.

Ordu.az-ın ČTK xəbər agentliyinə istinadən verdiyi məlumata görə, universitetdən tələbələr, müəllimlər və texniki heyət çıxarılıb. Hadisə yerinə gələn polis əraziyə bitişik Universitetskaya küçəsində nəqliyyatı dayandırıb. Təhlükəsizlik tədbirləri çərçivəsində onlarla polis dəstəsi təhsil müəssisəsinin ətrafında əməliyyat keçirir.

Polis hələlik atışma faktını təsdiqləməyib. Sosial şəbəkələrdə verdikləri açıqlamada, vəziyyətin tam nəzarət altında olduğunu və hazırda itki barədə məlumatın olmadığını bildiriblər. Hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Atışma  


Bizi "telegram"da izləyin