ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

2024/07/1721641317.jpg
Oxunub: 453     21:53     04 Dekabr 2024    
ABŞ daha beş fiziki və beş hüquqi şəxsi əlavə edərək Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin yenilənmiş məlumatları göstərir.

Məhdudiyyətlərin üç Rusiya vətəndaşına, eləcə də iki Latviya və Ukrayna vətəndaşına aid olduğu vurğylanır.

Siyahıya həmçinin ABŞ, Tailand, Böyük Britaniya, BƏƏ-dən olan təşkilatlar, habelə London, Moskva, Riqa, Sinqapur və İstanbulda nümayəndəlikləri olan şirkətlər daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin