Çeçenistan paytaxtı PUA hücumuna məruz qalıb

2024/12/1733333964.jpg
Oxunub: 536     21:13     04 Dekabr 2024    
Çeçenistan rəhbəri Ramzan Kadırov bu gün paytaxt Qroznının mərkəzinə PUA hücumu olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, Çeçenistan lideri hadisə zamanı bir neçə nəfərin xəsarət aldığını deyib.

"Bu gün onlar şəhərin mərkəzinə pilotsuz təyyarə ilə zərbələr endiriblər. Onlar yanacaqdoldurma məntəqəsini, polis alayının damını dağıdıblar. Mülki əhali xəsarət alıb", - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çeçenistan   PUA  


Bizi "telegram"da izləyin