İsrailin hücumları Livanda 4047 nəfərin ölümünə səbəb olub

2024/10/1729659008.jpg
Oxunub: 420     16:01     04 Dekabr 2024    
İsrailin Livana hücumları nəticəsində 4047 nəfər ölüb,16,638 nəfər yaralanıb.

Ordu.az Livan mediasına istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Firass Abiad mətbuat konfransında bildirib.

Nazir bildirib ki, Hizbullah və İsrail arasında bir ildən çox davam edən döyüşlərdə 4,047 livanlı həyatını itirib, ölümlərin əksəriyyəti sentyabrın 15-dən sonra baş verib.

“Real rəqəmin daha yüksək ola biləcəyini düşünürük. Çünki bəzi ölümlər qeydə alınmayıb”- deyə nazir əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin