Qırğızstanla Takicistan arasında delimitasiya və demarkasiya ilə bağlı razılıq əldə olunub

2024/12/67502-1733306911.jpg
Oxunub: 537     14:05     04 Dekabr 2024    
Qırğızıstan-Tacikistan Sərhədinin Delimitasiyası və Demarkasiyası üzrə Hökumətlərarası Komissiya sərhədboyu xətlərin müəyyənləşdirilməsi prosesini yekunlaşdırıb.

Ordu.az-ın yerli “kyrtag.kg” portalına istinadən xəbərinə görə, bu barədə komissiyanın Qırğızıstanın Batken şəhərində keçirilən bugünkü iclasında məlumat verilib.

Görüş zamanı Qırğızıstanın baş nazirinin müavini Kamçibek Taşiyev və Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Saymumin Yatimov işçi qruplarına yekun razılaşmanın mətninin hazırlanmasına başlamaqla bağlı göstəriş veriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırğızstan   Takicistan  


Bizi "telegram"da izləyin