Rəsmi Moskva Seuldə baş verənlərin Koreya yarımadasındakı ictimai-siyasi vəziyyətə təsir etməyəcəyinə ümid edir

2024/12/1733301397.jpg
Oxunub: 315     12:31     04 Dekabr 2024    
Rusiya Cənubi Koreyada baş verənlərin Koreya yarımadasındakı ictimai-siyasi vəziyyətə təsir etməyəcəyinə ümid edir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi bu ölkədəki soydaşlarına Rusiya səfirliyi ilə əlaqədə qalmağı tövsiyə edir.

Qeyd edək ki, dünən Koreya Respublikasının prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyət elan edib. Lakin parlamentin təzyiqi ilə daha sonra elan etdiyi hərbi vəziyyəti ləğv edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin