Ordu.az xəbər verir ki, Cənubi Kiprin Müdafiə Nazirliyi silahlanma ilə bağlı müzakirələrə qarşı siyasətini əsas gətirərək, rəsmi şərh verməkdən çəkinsə də, mənbələr “Sigma TV” və “Proto Thema” kimi media orqanlarına gəlişi təsdiqləyib.
Bu satınalma Kiprin Rusiyaya qarşı sanksiyaların əngəllədiyi köhnə Rusiya istehsalı TOR və BUK sistemlərini əvəz etməyə çalışdığı bir vaxta təsadüf edir.
Mövcud sistemlər işləməkdə davam etsə də, ehtiyat hissələrinin əldə edilməsində yaranan çətinliklər səbəbindən onlara texniki qulluq getdikcə çətinləşir.
“Dəmir Günbəz”in gəlişi Cənubi Kipr üçün hərtərəfli HHM qalxanının yaradılmasında ilk addımdır. Sistemi tamamlamaq üçün digər tədarüklərin həyata keçirilməsi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az