Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Üç il ərzində üçüncü dəfədir ki, qabaqcıl yarımkeçirici alətlər və texnologiyaların ixracına qoyulan məhdudiyyətlər Çinin bu sahələrdə irəliləyişini ləngidir.
İki ölkə arasında illərlə davam edən “çip müharibəsi”nin bir hissəsi olan yeni tədbirlər arasında ABŞ ixrac lisenziyası tələb edən (alınması demək olar mümkünsüz olan) qurumların “müəssisə siyahısına” 140 Çin qrupunu əlavə edəcək.
FT-yə müsahibə verən ixrac nəzarəti üzrə analitikin sözlərinə görə, son sanksiyalar Çinin yarımkeçirici işinin əvvəllər qiymətləndirilməmiş sahələrini, xüsusən də yerli çip alətləri istehsal imkanlarını hədəf alır.
Beləliklə, əvvəllər hədəf alınmayan 24 növ çip istehsalı alətləri indi məhdudlaşdırılacaq, bu, xüsusən “Huawei” və SMIC kimi Çin şirkətlərinin tərəqqisini ləngidir. Bu böyük texnologiya şirkətlərinin hər ikisi indiyədək sanksiyalar altında əks-intuitiv şəkildə inkişaf edib.
Sevinc Əliyeva
Ordu.az