Türkiyənin PUA hazırlamağı öyrətdiyi ölkə 1800 km mənzilli PUA hazırladı! O ölkəni vuracaqlar

2024/12/1733298308.jpg
Oxunub: 530     14:44     07 Dekabr 2024    
Türkiyənin Pilotsuz Uçuş Aparatlarının (PUA) istehsal edilməsində kömək etdiyi Ukrayna “Bayraktar TB2” zərbə PUA-ları ilə Rusiya qüvvələrinə çətin anlar yaşadıb.

Ordu.az xəbər verir ki, Kiyev administrasiyası yeni hazırladığı zərbə PUA-sını ictimaiyyətlə paylaşıb.

Ukraynanın Baş nazirinin müavini və rəqəmsal transformasiya naziri Mixaylo Fedorov bəyan edib ki, Kiyev 1800 kilometr mənzilə malik kamikadze PUA-sı hazırlayıb.

Fedorov “Reuters” xəbər agentliyinin dərc etdiyi müsahibədə Ukraynanın müharibədə istifadə etdiyi PUA-lar ilə bağlı açıqlamalar verib.

Ukraynanın da Rusiya kimi saxta PUA-lardan istifadə etdiyini bildirən Fedorov bəzən Ukraynanın bir gecədə Rusiyadan daha çox hücum PUA-larından istifadə etdiyini qeyd edib.

“Süni zəka müəyyən dərəcədə istifadə olunur, lakin daha kritik problemlər rabitə və dərin zərbələr üçün PUA-ların buraxılması üsullarıdır”, - deyə ukraynalı nazir vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA  


Bizi "telegram"da izləyin