“Akkuyu” AES-də yeni inkişaf! Reaktor şaftının əsas komponentləri 4-cü enerji blokuna quraşdırılıb

2024/12/1733294937.jpg
Oxunub: 321     15:29     05 Dekabr 2024    
“Akkuyu” Atom Elektrik Stansiyasının (AES) enerji bloku reaktor binasının inşaat sahəsində şaft konstruksiyasının əsas elementləri olan reaktorun quru mühafizəsi və dayaq şüası layihə mövqeyinə yerləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Akkuyu Nükleer AŞ” şirkətinin açıqlamasında bildirilib.

Məlumata görə, reaktor şaftının əsas komponentləri 4-cü enerji blokuna quraşdırılıb.

Təxminən 8 saat davam edən quraşdırma prosesində reaktor şaft avadanlıqlarının quraşdırılması ağır tırtıllı kran vasitəsilə həyata keçirilib.

Reaktorun quru mühafizəsi bir çox hallarda, o cümlədən MSK-64 şkalası üzrə 9 bal gücündə zəlzələ zamanı AES-in etibarlı işləməsini təmin edir.

Reaktor qabını beton şaftda bərkitmək üçün nəzərdə tutulmuş dayaq şüası həm də reaktoru xarici təsirlərdən qorumağa xidmət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Akkuyu   AES  


Bizi "telegram"da izləyin