Ordu.az xəbər verir ki, İtaliya səlahiyyətliləri oktyabr ayında Ankara Kahramankazandakı TUSAŞ obyektlərinə edilən terror aktında şübhəli bilinən PKK terrorçusu Velat Çetinkayanı Romada yaxalayıblar.
“Hürriyet Daily News”un məlumatına görə, 50 yaşlı terrorçu Romadan təxminən 30 kilometr aralıda yerləşən Kampinoda tutularaq, “Regina Coeli” həbsxanasına köçürülüb.
Bundan əlavə, Almaniya səlahiyyətlilərinin Çetinkayanı terrorda ittiham etdiyi və 2022-ci ildə Ştutqart məhkəməsi tərəfindən həbs qərarı çıxarıldığı bildirilir.
İtaliya polisinin terrorçu Çetinkayanı turistlərin adətən qısa müddətə kirayə götürdükləri mənzildə yaxaladığı bildirilir.
Sevinc Əliyeva
Ordu.az