Cənubi Koreya prezidenti üçün impiçment proseduruna başlanılıb - YENİLƏNİB

2024/12/1733292352.jpg
Oxunub: 558     11:45     04 Dekabr 2024    
Koreya Respublikasının altı müxalifət partiyası yerli vaxtla saat 14:43-də Prezident Yun Sok Yolun impiçmenti barədə təklif irəli sürüb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, impiçment üzrə səsvermə dekabrın 6-sı və ya 7-də keçiriləcək. Prezidentin impiçmenti barədə təklifi 191 deputat dəstəkləyib.

Parlamentdə 300 yer var ki, bunlardan 108-i prezidentin "Vətəndaş Gücü" partiyasının nəzarətindədir. İmpiçment üçün deputatların üçdə ikisinin səsi lazımdır. Təşəbbüs lazımi səs sayını toplayarsa, məsələ Konstitusiya Məhkəməsinin müzakirəsinə veriləcək. Doqquz hakimdən altısı Yun Sok Yolun hakimiyyətdən kənarlaşdırılmasını dəstəkləməlidir. Konstitusiya Məhkəməsində işə baxıldığı müddətdə prezidentin səlahiyyətləri dayandırılacaq. Onun vəzifələrini Baş nazir icra edəcək.

Daha əvvəl parlamentin 190 deputatı, o cümlədən Prezidentin "Vətəndaş Gücü" partiyasının nümayəndələri hərbi vəziyyətin ləğvinə səs veriblər.

***

Cənubi Koreya müxalifəti bu gündən etibarən prezident Yun Sok Yolun impiçment prosesinin başlandığını elan edib.

Ordu.az-ın xəbərinə görə, bu barədə “Yonhap” İnformasiya Agentliyi məlumat yayıb.

Y. S. Yol ölkədə yaranmış gərgin hərbi-siyasi vəziyyət fonunda hərbi vəziyyət elan edib. Bir qədər sonra isə müxalifətin və xalqın təzyiqləri nəticəsində qərar ləğv olunub.

Bundan sonra Parlamentdə çoxluğa sahib olan Liberal-Demokrat Partiyası Cənubi Koreya liderini vəziyyətin sabitləşdirilməsi üçün istefaya çağırıb.

Xatırladaq ki, Yun Sok Yol impiçmentə məruz qalarsa bütün imtiyazlardan məhrum ediləcək və onun taleyi ilə bağlı yekun qərarı məhkəmə çıxaracaq.

O vəzifəsini itirsə ölkənin idarəçiliyi müvəqqəti olaraq Nazirlər Kabinetinə həvalı olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   İmpiçment  


Bizi "telegram"da izləyin