ABŞ-nin Seuldakı səfirliyi Cənubi Koreya prezidenti Yun Sok Yöl tərəfindən ölkədə hərbi vəziyyətin tətbiqi və ləğv edilməsindən sonra yaranmış qeyri-sabit vəziyyət səbəbindən konsulluq xidmətlərini dayandırıb.
Ordu.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.
“Prezidentin hərbi vəziyyətin ləğvi barədə bəyanatından sonra vəziyyət qeyri-sabit olaraq qalır”, - məlumatda deyilir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Seul