Cənubi Koreyada müxalifət lideri prezidentin əmrlərinə tabe olmamağa çağırıb

2024/12/1733251040.jpg
Oxunub: 412     22:17     03 Dekabr 2024    
Cənubi Koreya müxalifətinin lideri Li Çje-Mön hərbçiləri və polisi ölkə rəhbəri Yun Sok Yölün əmrlərinə tabe olmamağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Korea Herald” nəşri məlumat yayıb.

“Prezidentin ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı verdiyi qanunsuz sərəncamlar Konstitusiyanın və qanunun açıq şəkildə pozulmasıdır. Prezidentin bu cür qanunsuz göstərişlərini yerinə yetirməyin özü qanunsuz əməldir,” - Li Çje-Mön qeyd edib.

O, həmçinin hərbi qulluqçuları və polis əməkdaşlarını qanuni vəzifələrini yerinə yetirməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Müxalifət  


Bizi "telegram"da izləyin