Cənubi Koreyada parlament binası qarşısında yüzlərlə insan hərbi vəziyyətin tətbiqinə etiraz edir

2024/12/1733247694.jpg
Oxunub: 507     21:22     03 Dekabr 2024    
Cənubi Koreyada yüzlərlə sakin hərbi vəziyyətin tətbiqinə etirazlarını bildirmək üçün Seuldakı Milli Assambleyanın qarşısına toplaşıb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin girişi polis tərəfindən bağlanıb.

Bəzi etirazçılar prezidentin həbsi tələbi ilə çağırış ediblər.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Hərbi vəziyyət Şimali Koreyanın dövlətdaxili işlərə müdaxiləsinin qarşısını almaq və konstitusiya hüququnu bərpa etmək üçün tətbiq olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Aksiya  


Bizi "telegram"da izləyin