Cənubi Koreyada parlamentin və siyasi partiyaların fəaliyyəti müvəqqəti dayandırılıb

2024/12/1733239089.jpg
Oxunub: 377     18:52     03 Dekabr 2024    
Сənubi Koreyada Hərbi Vəziyyətə Nəzarət üzrə Qərargah onun qüvvədə olacağı müddət ərzində ölkədə parlamentin və siyasi partiyaların fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə “Yonhap” agentliyinin məlumatında bildirilib.

Eyni zamanda, ölkənin parlamentinə giriş-çıxış dayandırılıb. Bildirilib ki, qanunverici orqanın əməkdaşları ilə birlikdə deputatların da binaya girişinə icazə verilmir.

Qeyd edək ki, hərbi vəziyyətin tətbiqi barədə qərar Prezident Yun Sok Yolun impiçmenti prosesinə başlanacağı barədə informasiya yayıldıqdan sonra verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Parlament  


Bizi "telegram"da izləyin