Moldova polisi Rusiyaya məxsus PUA-nın qalıqlarını aşkarlayıb - FOTO

2024/12/674ee-1733224325.jpg
Oxunub: 383     14:46     03 Dekabr 2024    
Moldova polisi Orgeyevsk rayonunun Podqorenı kəndi ərazisində pilotsuz uçuş aparatının (PUA) qalıqlarını aşkar edib.

Ordu.az-ın xəbərinə görə, bu barədə ölkənin Polis Departamentinin “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Nəzarət Mərkəzinə bu barədə siqnal təqribən 1 saat əvvəl daxil olub. Bundan sonra əraziyə polis əməkdaşları cəlb edilib. Departament aşkar edilən PUA-nın fotoşəkillərini də yayıb. Polis rəsmiləri bunun noyabr ayı ərzində tapılan sayca 5-ci belə qurğu olduğunu açıqlayıb. Ölkənin Xarici İşlər Nazirliyinin (XİN) isə bununla bağlı açıqlamasında sözügedən addımın Rusiya tərəfindən atıldığı xüsusilə qeyd edilib.

Moldova XİN-in bəyanatına rəsmi Moskvanın reaksiyası gecikməyib. Rusiyanın bu ölkədəki səfiri Oleq Ozerov deyib ki, rəsmi Kişineu tapılan PUA-nın məhz onların göndərdiyinə dair hər hansı sübut təqdim etməyib.

Diplomat əlavə edib ki, bundan öncə də analoji hallar yaşandıqda Moldova Ukrayna raketlərinin qalıqlarını Rusiyaya məxsus PUA kimi təqdim etməyə çalışıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   Rusiya  


Bizi "telegram"da izləyin