KİV: HAMAS və FƏTH Qəzza ilə bağlı xüsusi komitənin yaradılmasını razılaşdırıb

2024/12/674ed-1733220974.jpg
Oxunub: 343     13:44     03 Dekabr 2024    
HAMAS və FƏTH müharibədən sonra Qəzzanın idarəçiliyini üzərinə götürəcək xüsusi komitənin yaradılması haqqında razılıq əldə edib.

Ordu.az-ın “Associated Press“ə istinadən xəbərinə görə, bu barədə Fələstin hökumətindəki mənbələrdən məlumat verilib. Onlar belə bir razılığın əldə olunduğunu təsdiqləyiblər.

Məqalədə bu addım HAMAS-ın bölgədə uzun illərdir davam edən hakimiyyətinə son qoyulması kimi qiymətləndirilir.

O da bildirilir ki, komitənin 15 nəfərədək üzvünün olacağı və mənzil-qərargahının İordan çayının Qərb sahilində, İsrailin nəzarətindəki bölgədə yerləşəcəyi də razılaşdırılıb.

Komitə həm yerli, həm də beynəlxalq tərəfdaşlarla humanitar, eləcə də bölgənin bərpası məqsədi ilə əməkdaşlıqdan məsul olacaq.

Müəllifin diqqət çəkdiyi məqamlardan biri də HAMAS-ın Qəzzada idarəetməni həyata keçirməyə başladığı 2007-ci ildən sonra bu istiqamətdə edilən bütün cəhdlərin uğursuzluqla nəticələnməsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAMAS   FƏTH  


Bizi "telegram"da izləyin