Norveç Polşaya F-35 döyüş təyyarələri və HHM sistemləri göndərir

2024/12/1733214917.jpg
Oxunub: 314     10:48     04 Dekabr 2024    
Norveç Polşanın müdafiəsi üçün sistemlər göndərir.

Ordu.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, F-35 döyüş təyyarələri və NASAMS Hava Hücumundan Müdafiə (HHM) sistemləri Polşada Ukraynaya hərbi yardımı koordinasiya edən logistika mərkəzinə yerləşdirəcək.

Açıqlamada Norveçin dekabrın əvvəlindən etibarən Polşanın Jeşuv hava limanı üzərindəki hava məkanını qoruyacağı və HHM sistemləri, döyüş təyyarələri ilə yanaşı təxminən 100 hərbi qulluqçu göndərəcəyi bildirilib.

Qeyd edək ki, Ukrayna Polşanın ən kritik logostika mərkəzi olduğu kritik bir hərbi dəstəyə ehtiyac duymağa davam edir. Müdafiə naziri Byorn Arild Qram Norveçin bu yolla Ukraynaya yardımın çatdırılmasına töhfə verdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Polşa  


Bizi "telegram"da izləyin