Ordu.az xəbər verir ki, sözügedən xəbərdə “Kaan”ın təkcə Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) gələcəyini deyil, həm də qlobal döyüş təyyarələri bazarını yenidən formalaşdırmaq potensialına malik olduğu bildirilib.
Xəbərdə Türkiyənin yerli və milli imkanlarla inkişaf etdirdiyi 5-ci nəsil döyüş təyyarəsinin F-35 də daxil olmaqla, digər qabaqcıl döyüş təyyarələrinə alternativ olacağı da bildirilib.
TUSAŞ, ROKETSAN və ASELSAN kimi digər müdafiə nəhənglərinin töhfələri ilə hazırlanan döyüş təyyarəsini yaxından təhlil edən xarici mətbuat “Kaan”ın Qərb istehsalı olan beşinci nəsil döyüş təyyarələrinin qabiliyyətinə və dəyərinə meydan oxuduğunu açıqlayıb.
Xəbərdə Türkiyənin bu sahədə davamlı irəliləyişinin “Kaan”ı F-35-ə ciddi rəqib kimi yerləşdirdiyi, “Kaan”ın tamamilə yerli istehsal olduğu, müdafiə texnologiyasında özünü təmin etmək kimi bəzi əlavə üstünlüklərə sahib olduğu qeyd edilib.
Bu ilin oktyabr ayında əhəmiyyətli bir inkişafın yaşandığı bildirilən xəbərdə Yaxın Şərqdə mühüm oyunçu olan Səudiyyə Ərəbistanının 100-dən çox “Kaan” döyüş təyyarəsi almaq niyyətində olduğu ifadə edilib.
Sözügedən inkişaf Səudiyyə Ərəbistanı HHQ-nin komandanı Turki bin Bender Al Seudun Türkiyəyə səfəri zamanı müzakirə edilib, burada ROKETSAN, TUSAŞ və ASELSAN-ın yüksək səviyyəli rəsmiləri ilə mühüm görüşlər keçirilib.
Sevinc Əliyeva
Ordu.az