Ordu.az xəbər verir ki, şirkətin “K-AI Pilot” adlanan SZ layihəsi 2026-cı ilə qədər avtonom uçuş imkanlarını araşdırmaq üçün FA-50 təyyarə korpusundan istifadə edəcək.
Cənubi Koreya Müdafiə Nazirliyinin KAI-nin SZ tədqiqatlarının rəhbəri Lim Seonq-şinin təqdimatına istinadən verdiyi məlumata görə, bu tarixdən sonra diqqət “yarımavtonom” formalaşma və döyüş manevrlərinə keçəcək.
KAI və Cənubi Koreya uzun müddətdir ki, pilotsuz döyüş hava platformaları üçün SZ-dən istifadə etməkdə maraqlı olduqlarını bildiriblər.
KAI və yerli rəqibi “Korean Air” “2023 Seul ADEX” sərgisində gələcək zərbə PUA-sı modellərini nümayiş etdirib və onların missiyaları yerinə yetirmək üçün pilotlu döyüş təyyarələrini müşayiət etdiyini təsvir edib.
Sevinc Əliyeva
Ordu.az