Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesində innovativ və milli sistemlər inkişaf etdirən və qabaqcıl texnologiyalarını xaricə daşıyan “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” milli mühəndislik bacarıqlarını dünya arenasına çıxarmağa davam edir.
Türkiyə müdafiə sənayesində qabaqcıl texnologiyalar inkişaf etdirən STM ABŞ-də keçiriləcək NATO “Edge” və I/TSEC sərgilərində komanda-nəzarət və qərar dəstək sistemləri sahəsində həllərini və mühəndislik imkanlarını beynəlxalq yüksək səviyyəli nümayəndə heyətlərinə təqdim edəcək.
STM 3-5 dekabr tarixlərində Florida ştatının Tampa şəhərində NATO Rabitə və İnformasiya Agentliyi (NCI Agency) tərəfindən keçiriləcək NATO “Edge” 2024 tədbirində iştirak edəcək.
STM NATO müttəfiqlərini, texnologiya liderlərini və müdafiə şirkətlərini bir araya gətirən, NATO-nun ən böyük texnologiya sərgisi olan NATO “Edge”də komanda-nəzarət imkanları və layihələri ilə öz yerini tutacaq.
Sevinc Əliyeva
Ordu.az