İranda əməliyyat zamanı üç polis əməkdaşı ölüb

2024/12/1733212097.jpg
Oxunub: 344     11:46     03 Dekabr 2024    
İranın Gilan bölgəsində əməliyyat zamanı kəşfiyyat polisinin üç əməkdaşı ölüb.

Ordu.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları Səid Mehyar Kiazadə, Məhəmməd Hüseyn Cəmşidi və Əmir Məhəmməd Mollazadə qaçırılmış avtomobili saxlamaq üçün keçirilən əməliyyat nəticəsində ölüblər.

Vurğulanıb ki, onların mindiyi avtomobil əməliyyat zamanı aşıb və polis əməkdaşları həlak olublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Əməliyyat  


Bizi "telegram"da izləyin