ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi Komitəsi arasında elektro-optik sistemlərin tədarükü üçün razılıq əldə edilib

2024/12/1733210127.jpg
Oxunub: 514     16:14     03 Dekabr 2024    
ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi Komitəsi arasında elektro-optik sistemlərin tədarükü üçün 14,8 milyon dollarlıq müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə ASELSAN-ın Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamada qeyd edilib.

“ASELSAN ilə Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığı Müdafiə Sənayesi Komitəsi arasında elektro-optik sistemlərin tədarükü üçün 14 milyon 800 min dollarlıq müqavilə imzalanıb”, - deyə açıqlamada bildirilib.

Açıqlamada sözügedən müqavilə çərçivəsində tədarüklərin 2028-ci ildə həyata keçiriləcəyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin