“Bombardier Defense” ilk “Global 6500” təyyarəsini təhvil verib

2024/12/2024--1733206321.jpg
Oxunub: 8331     17:53     04 Dekabr 2024    
Kəşfiyyat, müşahidə və aşkarlama (ISR) imkanlarına malik təyyarələrin inkişaf etdirilməsi layihələri davam edir.

Ordu.az xəbər verir ki, ABŞ ordusunun “Hades” proqramının bir hissəsi olaraq “Bombardier Defense” ilk “Global 6500” təyyarəsini təhvil verib.

Noyabrın 25-də Kanzas ştatında ABŞ senatoru Cerri Moran Kanzas ştatının rəsmiləri və ABŞ ordusu rəhbərlərinin iştirakı ilə keçirilən təhvil-təslim mərasimi baş tutub.

İlk prototipin tədarükü yeni nəsil ISR həlli üçün proqramın sistem inteqrasiyası mərhələsinə keçidini başladıb.

“Bombardier” tərəfindən hazırlanan “Global 6500” təyyarəsinin yüksək performanslı imkanları ilə dəstəklənən yeni sabit qanadlı platforma ABŞ ordusunun havadan aşkarlama imkanlarının gücləndirilməsinə töhfə verəcək.

Bundan əlavə, bu, ABŞ-nin hava hərbi kəşfiyyatını modernləşdirmək hədəfinə doğru mühüm mərhələ olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Global-6500  


Bizi "telegram"da izləyin