Yunanıstanın “Patroller” PUA-sı ilk uçuş sınağını həyata keçirib

2024/12/2024--1733206134.jpg
Oxunub: 416     12:07     03 Dekabr 2024    
Fransanın “Safran” şirkəti tərəfindən Yunanıstan üçün istehsal edilən “Patroller” Pilotsuz Uçuş Aparatı (PUA) ilk uçuş sınağını həyata keçirib.

Ordu.az xəbər verir ki, Yunanıstan ordusunun “Safran” şirkəti tərəfindən istehsal edilən “Patroller” PUA-sı ötən həftə ilk sınaq uçuşunu həyata keçirib.

Məlumata görə, yeni “Patroller” PUA-sının gələn il ərzində Yunanıstana təhvil verilməsi planlaşdırılır.

2023-cü ildə Yunanıstan Silahlı Qüvvələri NATO Dəstək və Satınalma Agentliyi (NSPA) vasitəsilə “Sagem Sperwer” PUA-sı əvəzinə “Patroller” PUA-sını almağa qərar verib.

Ancaq “Patroller” PUA-sının alınması mövcud “Sperwer” sistemlərinin modernləşdirilməsinin bir hissəsi kimi əks olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Patroller   PUA  


Bizi "telegram"da izləyin