Ordu.az xəbər verir ki, sektorun 2024-cü ildə ixracı 6 milyard dollara doğru gedir.
Türkiyənin müdafiə və aviasiya sənayesi üçün 2024-cü il ixrac hədəfi 6 milyard dollar olaraq açıqlanmışdı. 2024-cü ilin noyabr ayında sektor bir əvvəlki ilin eyni ayına görə 32,3% artımla 637,1 milyon dollarlıq ixracat həyata keçirib.
2024-cü ilin ilk 11 ayında sektorun ümumi ixracatı 5,7 milyard dollara çatıb. Sektorun 2024-cü ilin dekabr ayı ixrac performansı ilə 6 milyard dollarlıq ixrac hədəfinə çatması gözlənilir. 2024-cü ilin may ayı 980 milyon dollar və 2024-cü ilin oktyabrı ayı 820 milyon dollar ixrac performansı ilə sektorun 2024-cü il üzrə ixracatındakı zirvə nöqtələrini formalaşdırıb.
2024-cü ilin dekabrında ixracatın ən az 500 milyon dollar, müdafiə sənayesi ixracının isə 6,2 milyard dollar olacağı təxmin edilir. Son zamanlar sektor xüsusilə Körfəz və Asiya/Asiya-Sakit Okean regionlarında əhəmiyyətli ixrac uğurları əldə edir.
Sevinc Əliyeva
Ordu.az