Ordu.az xəbər verir ki, Tramp bu haqda “Truth” sosial şəbəkəsində məlumat verib.
“Ölkənin ən uğurlu iş adamlarından biri olan Uorren Stivensin ABŞ-ın Sent-Ceyms sarayında səfiri vəzifəsinə namizədliyini irəli sürdüyümü bildirməkdən məmnunluq duyuram. Bu rolda o, Birləşmiş Krallıqdakı təmsilçimiz olacaq”, - deyə o bildirib.
Trampın sözlərinə görə 67 yaşlı Stivens Vaşinqtonu ABŞ-ın ən dəyərli müttəfiqlərindən biri olan ölkədə təmsil edəcək.
Qeyd edək ki, ABŞ-da diplomatik nümayəndəliklərin rəhbərləri vəzifələrinə prezidentin təklif etdiyi namizədlər əvvəlcə Senat tərəfindən təsdiqlənməlidir.
Ordu.az