ABŞ Əsədlə bağlı mövqeyinin dəyişmədiyini açıqlayıb

2024/12/1733202762.jpg
Oxunub: 807     02:13     03 Dekabr 2024    
ABŞ Dövlət Departamenti Suriyadakı son hadisələrlə bağlı açıqlama verib.

Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dövlət Departamentinin açıqlamasında ABŞ-ın Suriya ilə bağlı mövqeyinin dəyişmədiyi bildirilib.

"Suriya siyasətimiz dəyişməyib və biz Əsədi hələ də əlləri günahsızların qanına bulaşmış qəddar bir diktator olaraq görürük", - deyə açıqlamada deyilir.

Qeyd edək ki, son bir neçə gündə Əsəd rejiminin nəzarəti altındakı ərazilərə qarşı əməliyyatlara başlayan Suriya müxalifəti Hələbi və Hama, Tel Rıfat kimi şəhərlərin mühüm hissələrini ələ keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əsəd  


Bizi "telegram"da izləyin