KİV: Kiyev 2025-ci ildə müharibə üçün Qərbdən 120 milyard dollar istəyib

2024/12/1733202526.jpg
Oxunub: 565     23:41     02 Dekabr 2024    
Ukrayna Qərb müttəfiqlərinə 2025-ci ildə hərbi əməliyyatları davam etdirmək üçün ən azı 120 milyard dollara ehtiyacı olduğunu bildirib.

Ordu.az xəbər verir ki, NATO-dakı hərbi mənbənin ANSA-ya verdiyi məlumata görə, bu, alyansın Vaşinqtonda keçirilən sammitində razılaşdırılan 40 milyard dollardan xeyli çoxdur.

Onun sözlərinə görə bu məsələ çərşənbə axşamı Brüsseldə Ukrayna xarici işlər nazirinin iştirakı ilə keçiriləcək Ukrayna-NATO Şurasının növbəti iclasında qaldırıla bilər.

NATO-dakı mənbə onu da qeyd edib ki, Kiyevin “Yeddilik Qrupu” ölkələrinin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən ayırmağa razılaşdığı 50 milyard dolları nəzərə alıb-almadığı hələlik bəlli deyil.

O həmçinin bildirib ki, Ukraynaya qoşun yeritmək məsələsi NATO çərçivəsində müzakirə olunmur. Lakin o hansının olduğunu dəqiqləşdirmədən bəzi Avropa paytaxtlarında bu barədə düşünüldüyünü deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiyev   Qərb  


Bizi "telegram"da izləyin