"Hizbullah"ın İsraili atəşə tutmasını atəşkəsin kobud şəkildə pozulmasıdır" - Netanyahu

2024/10/1729230162.jpg
Oxunub: 393     23:31     02 Dekabr 2024    
İsrailin baş naziri Benyamin Netanyahu "Hizbullah" hərəkatının silahlılarının İsrailin şimalında yerləşən Dov dağına raket hücumunu atəşkəs rejiminin kobud şəkildə pozulması adlandırıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Benyamin Netanyahunun mətbuat xidməti bildirib.

Baş nazir "Hizbullah" hərəkatının bu addımlarına görə “qətiyyətli” cavab vericəyinə söz verib.

""Hizbullah"ın Dov dağı ərazisini atəşə tutması atəşkəs rejiminin kobud şəkildə pozulmasıdır və İsrail buna qəti və tam güclə cavab verəcək", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   Netanyahu  


Bizi "telegram"da izləyin