Ərdoğan monteneqrolu həmkarı ilə regional məsələləri müzakirə edəcək

2024/12/1733152272.jpg
Oxunub: 421     18:32     02 Dekabr 2024    
Monteneqro Prezidenti Yakov Milatoviç Türkiyədə rəsmi səfərdədir.

Ordu.az xəbər verir ki, onu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında rəsmi mərasimlə qarşılayıb.

Daha sonra prezidentlərin təkbətək görüşü olacaq.

Onlar Türkiyə ilə Monteneqro arasında mövcud əlaqələrin yaxşılaşdırılması üçün görüləcək tədbirlərdən danışacaqlar.

Həmçinin, regional və qlobal məsələlər də müzakirə ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Monteneqro  


Bizi "telegram"da izləyin