Aİ ölkələri ilin sonuna qədər müdafiə fondu haqqında saziş imzalaya bilər

2024/09/1726212286.jpg
Oxunub: 352     18:03     02 Dekabr 2024    
Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin sonuna qədər 1,5 milyard avro həcmində müdafiə fondu haqqında saziş imzalaya bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

"Aİ üzv ölkələri növbəti üç il ərzində blokda və Ukraynada sənayeni gücləndirməyə kömək edəcək 1,5 milyard avro həcmində yeni müdafiə fondu haqqında sazişin imzalanmasına yaxındırlar", - məlumatda bildirilib.

Bu ilin sonuna qədər əldə edilə biləcək Avropa Müdafiə İnvestisiya Proqramı üzrə saziş, 35%-i Aİ xaricində istehsal olunan komponentlərdən ibarət hərbi təchizatın alınmasına imkan verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Müdafiə-fondu  


Bizi "telegram"da izləyin