Belçikanın yeni xarici işlər naziri bəlli olub

2024/12/1733143046.jpg
Oxunub: 377     16:15     02 Dekabr 2024    
Bernar Kventin Belçikanın yeni xarici işlər, Avropa məsələləri və xarici ticarət naziri təyin edilib.

Ordu.az Belçika Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir ki, Bernar Kventin əvvəllər Hadja Lahbibin tutduğu vəzifəyə təyin edilib.

"Həmkarımız Bernar Kventini Belçikanın xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri vəzifəsində salamlayırıq. O, bu gün and içib", - paylaşımda qeyd olunub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Nazir  


Bizi "telegram"da izləyin