Avropanın silah monopoliyaları müharibə üçün əməkdaşlıq edir

2024/12/1733128644.jpg
Oxunub: 417     15:59     07 Dekabr 2024    
Avropanın gündəmində silah şirkəti nümayəndələrinin müharibəyə hazırlıq üçün Almaniyanın Hamburq limanına yan alan gəmidə gizli görüşməsi və Böyük Britaniyada abort hüquqları ilə bağlı müzakirələr var.

Ordu.az xəbər verir ki, Avropa müharibəyə hazırlaşır.

Bir tərəfdən Avropa İttifaqına üzv ölkələrin əhalisi mediadan, siyasətdən və digər psixoloji vasitələrdən istifadə edərək, hətta müharibə sığınacaqları hazırlayaraq, müharibə ideyasına öyrəşdiyi halda, digər tərəfdən Avropada silah monopoliyaları müdafiə sənayesinin intensivləşdirilməsi planlarını müzakirə edirlər.

“Germain Foreign Policy”dən seçdiyimiz məqalədə ötən həftə Hamburqda silah monopoliyasının rəhbərlərinin keçirdiyi gizli toplantıya diqqət çəkilir.

Qanunda abort hüququnun olması aborta çıxışın asan olması demək deyil. Britaniyada qadınlar hələ də bir çox mərhələlərdən keçmək məcburiyyətində qalırlar. Bu həftə bir qadın “The Guardian” qəzetində anonim şəkildə öz təcrübəsini paylaşıb.

Böyük müdafiə şirkətlərinin rəhbərləri ötən həftə Hamburqda keçirilən gizli toplantıda Avropa müdafiə sənayesinin konsentrasiyasını planlaşdırıblar. Avropanın müdafiə büdcəsi 280 milyard dollar arta bilər.

Avropanın NATO ölkələrində müdafiə sənayesinin aparıcı nümayəndələri sənayenin intensivləşdirilməsi və Avropa sərhədlərindən kənarda müdafiə istehsalının böyük ölçüdə genişləndirilməsi üçün çalışırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   NATO  


Bizi "telegram"da izləyin