Vyetnam ABŞ-dən satın aldığı “Beechcraft T-6C Texan II” təyyarəsinin ilk partiyasını təhvil alıb

2024/12/2024--1733128092.jpg
Oxunub: 344     13:06     04 Dekabr 2024    
Vyetnam ABŞ-dən satın aldığı “Beechcraft T-6C Texan II” təlim təyyarəsinin ilk partiyasını təhvil aldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Textron Aviation Defense” tərəfindən paylaşılan açıqlamada qeyd edilib.

Açıqlamaya görə, bu yaxınlarda Vyetnam Hərbi Hava Qüvvələri (HHQ) ABŞ-dən tədarük edilən T-6C “Texan II” təlim təyyarəsinin ilk partiyasını qəbul edib.

Vyetnama həyata keçirilən bu tədarükə 5 ədəd T-6C “Texan II” təyyarəsi daxildir, qalan 7 təyyarənin isə 2025-ci ildə Vyetnama çatdırılması planlaşdırılır.

Təyyarənin təhvil verilməsi mərasimi ABŞ-nin Sakit Okean HHQ komandanı general Kevin Şnayder və Vyetnamın yüksək rütbəli rəsmilərinin iştirakı ilə baş tutub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vyetnam   ABŞ  


Bizi "telegram"da izləyin