Tayvanda Patriot qəzası: Yük maşını aşıb

2024/12/1733127764.jpg
Oxunub: 404     16:21     02 Dekabr 2024    
Tayvanın cənubundakı Pinqtunq bölgəsində “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sistemi avadanlıqlarını daşıyan hərbi vasitə qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, qəzada 2 nəfərin yaralandığı açıqlanıb, kritik avadanlıqların vəziyyəti hələ də qeyri-müəyyən olaraq qalır.

Qəza cümə axşamı ABŞ istehsalı olan “Patriot” HHM sisteminin avadanlıqlarını daşıyan hərbi nəqliyyat vasitəsinin aşması nəticəsində baş verib.

Yerli mətbuatın məlumatına görə, iki yaralı xəstəxanaya göndərilib. Səlahiyyətlilər qəzadan sonra sürətli xilasetmə və təhlükəsizlik əməliyyatına başladıqlarını açıqlayıblar. Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Səlahiyyətlilər qəzanın davam edən HHM təliminə təsir edib-etməyəcəyini qiymətləndirdiklərini bildiriblər. Lakin qəzaya uğrayan vasitədəki “Patriot” raket sistemi avadanlıqlarının vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Patriot  


Bizi "telegram"da izləyin