Ordu.az xəbər verir ki, tədarük Polşanın Cənubi Koreya ilə 2022-ci ildə imzaladığı müqavilə çərçivəsində həyata keçirilib və ümumilikdə 180 K2 tankını əhatə edib.
Polşanın 2024-cü ilin sonuna qədər daha 7 ədəd K2 tankı alması, qalan 96 ədədin isə 2025-ci il ərzində çatdırılması gözlənilir.
Bu təadrük tamamlandıqdan sonra Polşa zirehli imkanlarını artırmaqla yanaşı, qitənin ən qabaqcıl əsas döyüş tankı parklarından birinə sahib olacaq.
Polşa K2 “Black Panther” tanklarından əlavə, ABŞ istehsalı olan “Abrams M1A2 SEPv3” və Almaniya istehsalı “Leopard” 2A5 tankları üçün müqavilələr imzalayaraq, zirehli qüvvələrini daha da gücləndirib.
Sevinc Əliyeva
Ordu.az