Raketlərin qarşısıalınmazlığı ən çox Rusiya ilə dolayı yolla müharibə vəziyyətində olan Avropa ölkələrini narahat edib. Putinin raket sınaqlarını davam etdirəcəklərini deməsi bu narahatlığı daha da artırıb.
Saatda 12250 km sürətə çata bilir
Rusiya Strateji Raket Qüvvələrinin baş komandanı Sergey Karakayev bəyan edib ki, dünyada “Oreşnik” raketinə bənzər sistem yoxdur: “Raketin avadanlığı mövcud və gələcək raket əleyhinə müdafiə sistemlərini aşmağa zəmanət verir. Bu silah təyin olunmuş missiya və məsafədən asılı olaraq bütün Avropadakı hədəfləri vura bilər”.
Rusiya Hərbi Sənaye Komissiyasının sədr müavini Vasiliy Tonkoşurov da sözügedən sistemin qısa müddətdə rus texnologiya məhsulları ilə istehsal edildiyini bildirib.
Hipersəs raketləri saatda 12250 km sürətə çata bilir.
Bu o deməkdir ki, raket Rusiyadan Böyük Britaniyanın paytaxtı Londona 20 dəqiqəyə, Almaniyanın paytaxtı Berlinə 15 dəqiqəyə, Belçikanın paytaxtı Brüsselə 14 dəqiqəyə və Polşanın paytaxtı Varşavaya 12 dəqiqəyə çata bilər.
Avropa: Nüvə qumarı oyayır
Avropa İttifaqı (Aİ) Rusiyanın ilk dəfə qitələrarası ballistik raketlərdən istifadə etməsinə reaksiya verib və Aİ-nin xarici işlər üzrə sözçüsü Peter Stano Putini “nüvə qumarı oynamaqda” ittiham edib.
Putin isə qeyd edib: “ABŞ bütün dünyanı qlobal münaqişəyə sövq edir. Beynəlxalq təhlükəsizlik sistemini məhv edən Rusiya deyil, ABŞ-dir. Ukraynadakı münaqişə qlobal xarakter alıb”.
Sevinc Əliyeva
Ordu.az