“Sierra Nevada”nın “Rapcon-X” ISR təyyarəsi səma ilə qarşılaşıb

2024/11/1732950088.jpg
Oxunub: 558     15:53     03 Dekabr 2024    
Fatih Eren Özmenə məxsus ABŞ-də yerləşən “Sierra Nevada Corporation” (SNC) tərəfindən layihələndirilən “Rapcon-X” havadan kəşfiyyat, müşahidə və aşkarlama (ISR) platformasının ilk sınaq uçuşu tamamlanıb.

Ordu.az xəbər verir ki, Kanadanın “Bombardier” şirkətinin istehsalı olan “Global 6500” tipli şəxsi təyyarənin bazası əsasında hazırlanan platforma ABŞ ordusu tərəfindən istifadə ediləcək.

ABŞ ordusu bu ilin avqust ayında SNC-nin təklifini qəbul edib və müqaviləni imzalayıb.

Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) də HAVA-SOJ Layihəsində “Bombardier”in Qlobal 6000 seriyası üzərindəki işlərini davam etdirir. “Global 6500” 6000 seriyasının yeni modelidir.

“Sierra Nevada” təyyarənin elektron sistemlərinin inteqrasiyası və sınaq mərhələsinə cavabdehdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sierra-Nevada   Rapcon-X   ISR  


Bizi "telegram"da izləyin