İspaniya “Eurofighter”lərdə istifadə edilən axtarış və izləmə sistemini modernləşdirməyə hazırlaşır

2024/11/1732949788.jpg
Oxunub: 465     17:47     02 Dekabr 2024    
İspaniya Müdafiə Nazirliyi Aerokosmik Qüvvələrin “Eurofighter” döyüş təyyarələrində istifadə edilən axtarış və izləmə sistemini (IRST, Infrared Search and Track) modernləşdirməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu çərçivədə Silahlanma və Materiallar Baş İdarəsi (DGAM) tərəfindən 5,3 milyon avro büdcəli bir “Ar-Ge” layihəsi başladılıb.

“Lizard” adlı layihə üçün tender prosesi yekunlaşmaq üzrədir və işləri öhdəsinə götürəcək şirkət yaxın həftələrdə rəsmən açıqlanacaq.

Layihənin əsas məqsədi “Eurofighter”in IRST sisteminin yenilənməsi üçün yeni texnologiyaların qiymətləndirilməsidir.

IRST infraqırmızı spektrdə işləyən passiv elektro-optik sensordur. Bu sistem “hava-hava” və “hava-yer” əməliyyatlarında potensial hədəfləri və təhlükələri aşkar etmək üçün istifadə olunur.

O, həmçinin eniş zamanı, gecə uçuşları zamanı və pis hava şəraitində pilotlara kömək edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Eurofighter  


Bizi "telegram"da izləyin