Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Dərnəyinin (SASAD) İdarə Heyətinin sədri Osman Okyay Türkiyənin müdafiə texnologiyaları sahəsində vəziyyəti ilə bağlı açıqlamalar verib.
Texnoloji inkişafın müharibə anlayışında böyük dəyişikliklərə səbəb olduğunu deyən Okyay müdafiə sektorunda böyük inqilabların yaşandığına diqqət çəkib.
O, yalnız fiziki olaraq döyüşən əsgərlərin nəticəni təyin etdiyi dövrlərin geridə qaldığını deyib.
Okyay çox fərqli texnologiyaların gələcəyin döyüş mühitini təyin edəcəyini vurğulayıb.
“Türkiyə də bu çevrilmədə texnologiyalara liderlik edir. Müşahidə və zərbə tipli pilotsuz uçuş aparatlarında əldə etdiyimiz texnologiyalar bu məhsul qrupları ilə məhdudlaşmır. Bu məhsul qruplarından xeyli kənara çıxan texnologiyalar var. Döyüş və müharibə məlumat şəbəkələri mərkəzi sistemlərlə inteqrasiya olunur. Hər bir avtonom sistem əslində həmin şəbəkə mərkəzinin elementinə çevrilir. Dünyada müharibə formaları çox dəyişəcək. İnteqrasiya edilmiş sistemlərə yanaşma ilə bağlı dünyada böyük rəqabət var”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az