Erməni ekspert: “Paşinyan anlamır ki, onun böyüyən anti-reytinqi məğlubiyyət simvoluna çevrilib”

2024/11/1732864370.jpg
Oxunub: 423     13:11     03 Dekabr 2024    
“Paşinyan başa düşmür ki, o, məğlubiyyət simvoluna çevrilib”.

Ordu.az xəbər verir ki, bunu erməni ekspert Suren Surenyants “Facebook” səhifəsində yazıb.

“Nikol Paşinyan Gümrüdəki seçki prosesində tamamilə “ilişib”. Burada aydınlaşdırılmalı olan iki hal var. Bir tərəfdən Paşinyan özü də istəmədən etiraf edir ki, hakim partiyanın Gümrüdə qalib gələn namizədi yoxdur və vəziyyəti özü xilas etməyə çalışır. Digər tərəfdən, Paşinyan anlamır ki, onun böyüyən anti-reytinqi məğlubiyyət simvoluna çevrilib. Məsələn, İrəvandakı kampaniya zamanı Paşinyanın Avinyanı xilas etdiyi, yoxsa “sobaya verdiyi” bəlli deyil”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Gümrü  


Bizi "telegram"da izləyin