ASELSAN “Nefer” İnsansız Qülləsi əsasən zirehli döyüş vasitələrində və digər taktiki quru platformalarında zirehli quru hədəflərinə qarşı istifadə edilmək üçün hazırlanıb.
6×6 və 8×8 tırtıllı və ya təkərli quru platformalarına quraşdırıla bilən “Nefer” həm NATO, həm də Rusiya mənşəli silahların istifadəsinə imkan verən dizaynı ilə diqqət çəkir. Qabaqcıl uzaqdan idarəetmə və nəzarət imkanlarını təmin edən “Nefer” atəş açan personalın ətraf mühit haqqında məlumatlılığını artırır və onların təhlükəsizliyini maksimum dərəcədə artırır.
Qabaqcıl xüsusiyyətlər
• Sabitləşdirmə qabiliyyəti sayəsində hərəkət edən və sabit hədəflərə atəş
• Gündüz/gecə görmə qabiliyyəti
• Avtomatik hədəf izləmə
• Avtomatik ballistik hesablama
• Lazerlə məsafəni tapmaq imkanı
• Kompüter əsaslı atəşə nəzarət funksiyaları
• Atışların sayının hesablanması
• Sursatın bitməsi xəbərdarlığı
• Zireh qoruması altında sursatların yüklənməsi
• İşləmə temperaturu: -32°C/+55°C
• EMI/EMC üçün MIL-STD-461E ilə uyğunluq
• Ətraf mühit şəraiti üçün MIL-STD-810F ilə uyğunluq
• Xarici sensorlar və komanda idarəetmə sistemləri ilə inteqrasiya
• STANAG 4569 Səviyyə 2 zireh qorunması
Texniki xüsusiyyətlər
SARP 100/25-in texniki xüsusiyyətləri aşağıdakılardır:
Silah seçimləri
• Əsas silah seçimləri
• 30 mm-lik MK44 avtomatik topu
• 30 mm-lik 2A42 avtomatik topu
• 25 mm-lik M242 avtomatik topu
• 25 mm-lik KBA avtomatik topu
• 25 mm-lik M811 avtomatik topu
• Köməkçi silah seçimləri
• 12,7 mm-lik M2 pulemyotu
• 12,7 mm-lik NSV pulemyotu
• 7,62 mm-lik FN MAG58/M240 pulemyotu
• 7,62 mm-lik PKT pulemyotu
Hərəkət limitləri
• Yüksəklik: -10°/+60°
• Yan: n x 360° (“Slip ring” ilə)
Sursat tutumu
• 30 mm: 200 ədəd
• 25 mm: 240 ədəd
• 12,7 mm: 100 ədəd
• 7,62 mm: 500 ədəd
Çəki və ölçü
• Çəki: < 1700 kq (25 mm-lik top, zireh və sursat daxil olmaqla)
• Hündürlük: < 70 sm
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ASELSAN
SARP