Ordu.az xəbər verir ki, Manila Cənubi Çin dənizində artan gərginlik fonunda ölkənin müdafiə qabiliyyətini gücləndirmək səyləri çərçivəsində növbəti üç ildə gələcək yeni donanma gəmilərini yerləşdirmək üçün hərbi dəniz bazalarını genişləndirir.
Müdafiə naziri Gilberto Teodoro “Ateneo de Manila” Universitetində bu yaxınlarda keçirilən forumda bildirib ki, hökumət Filippin Silahlı Qüvvələrinin modernləşdirilməsi proqramının bir hissəsi kimi Filippin Hərbi Dəniz Qüvvələri üçün əlavə avadanlıqlar gözləyir.
Bunlara Cənubi Koreyada “HD Hyundai Heavy Industries” müdafiə şirkəti tərəfindən inşa edilən 2 raket korveti, 6 dəniz patrul gəmisi və İndoneziyada gəmi istehsalçısı PT PAL tərəfindən inşa edilən 2 dok daxildir.
Sevinc Əliyeva
Ordu.az