“ASELSAN Sivas” Gündüz Görmə Periskop Sistemlərinin ilk tədarükünü həyata keçirib

2024/11/1732609964.jpg
Oxunub: 408     21:39     06 Dekabr 2024    
Türkiyənin müdafiə sənayesində xaricdən asılılığını azaltmaq hədəfi ilə fəaliyyət göstərən “ASELSAN Sivas” BMC Baş direktoru Mehmet Karaaslan və BMC Baş direktor müavini Caner Şahinin qatıldığı mərasimdə Gündüz Görmə Periskop Sistemlərinin ilk tədarükünü həyata keçirib.

Ordu.az xəbər verir ki, mərasimdə çıxış edən “ASELSAN Sivas” Baş direktoru İhsan Özsoy “Altay” tankları üçün istehsal edilən Gündüz Görmə Periskop Sistemlərinin ilk tədarükünü etməkdən xoşbəxt olduqlarını bildirib.

Özsoy sistemin tamamilə yerli və milli istehsal edildiyini vurğulayıb.

“İlk məhsul sınaqlarından keçdikdən sonra çatdırılma mərhələsinə gəldik. Biz BMC müdafiə şirkətimizə çatdırılma edirik. Onların dəstəyi sayəsində yerli və milli məhsulları Türkiyənin inventarına əlavə etdik. Əməyi keçən hər kəsə təşəkkür edirik”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Sivas  


Bizi "telegram"da izləyin