Türkiyə PUA-ları Yaponiyada sərmayə aldı, ABŞ-də istehsal ediləcək

2024/11/1732607252.jpg
Oxunub: 686     15:12     03 Dekabr 2024    
Mülki kvadrokopter tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) inkişaf etdirilməsi, istehsalı, sistem inteqrasiyası və həyat dövrünün dəstəklənməsi proseslərində fəaliyyət göstərən “Baibars Mekatronik Havacılık” qısa müddətdə ixrac uğurları əldə edib, beynəlxalq investisiyalar alıb və hazırda xaricdə istehsala hazırlaşır.

Ordu.az xəbər verir ki, “Baibars Mekatronik Havacılık” İdarə Heyətinin sədri Celal Çağlayan Erguvan verdiyi açıqlamada təməli 2015-ci ildə Çukurovada atılan kvadrokopter tipli PUA istehsalçısı kimi fəaliyyət göstərdiklərini deyib.

Erguvan qeyd edib ki, 2021-ci ilin birinci rübündən etibarən kənd təsərrüfatı PUA-ları istehsal etməyə başlayıblar.

O, hekayələrində ilki 2021-ci ildə Türkiyə İş Bankının verdiyi dəstək, ikincisinin 2023-cü ilin son rübündə Yaponiyadan aldıqları birbaşa xarici yatırım olmaqla, 2 mərhələnin olduğunu deyib.

“Bölgənin ehtiyaclarına uyğun olaraq ABŞ-də istehsal həyata keçirəcəyik. 2025-ci ilin mart ayında məhsulları buraxmağı planlaşdırırıq”, - deyə Erguvan əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA   Yaponiya  


Bizi "telegram"da izləyin