ASELSAN-ın PUA REM Podunda “Pantsir” detalı – ANTIDOT

2024/11/1730525408.jpg
Oxunub: 718     12:49     03 Dekabr 2024    
ASELSAN tərəfindən Pilotsuz Uçuş Aparatı (PUA) platformaları üçün hazırlanmış ANTIDOT 2-U Radioelektron Mübarizə (REM) Podunun təqdimat videosunda “Pantsir” detalı diqqətdən qaçmayıb.

ANTIDOT 2-U seriyalı podlar Hava Hücumundan Müdafiə (HHM) təhlükələrini aşkar etmək, təsnif etmək və sıxışdırmaq qabiliyyəti ilə PUA-ları REM elementlərinə çevirməyi hədəfləyir.

ANTIDOT 2-U seriyalı REM podları PUA-ların HHM təhlükələrini aşkar etmək və dost elementləri qorumaq imkanlarını artırır. O, taktiki sinfə məxsus PUA-ları HHM təhlükələrindən qorumaq üçün nəzərdə tutulmuş REM platformalarına çevirir.

ASELSAN tərəfindən hazırlanmış ANTIDOT 2-U LB/MB/HB sistemi eskort qarışdırma imkanları ilə yaxın ərazidəki hava elementlərini qorumaq vəzifəsini öz üzərinə götürəcək. ANTIDOT 2-U/S sistemi təhlükə radarlarının siqnallarını aşkar edərək, PUA-ya hərtərəfli situasiya xəbərdarlığı təmin edəcək.

ANTIDOT 2-U

ASELSAN tərəfindən hazırlanan bu podlar xüsusilə MAM-L döyüş sursatını daşıya bilən PUA-lara inteqrasiya oluna bilər və PUA-ların tapşırıq çevikliyini artırır. Missiyadan əvvəl pod və ya döyüş sursatı quraşdırılmasına imkan verən ANTIDOT 2-U HHM radarlarına təzyiq göstərmək və yanlış yönləndirmək üçün radioelektron hücum üsullarından istifadə edir.

Bundan əlavə, yüksək çıxış gücü və geniş əhatə dairəsi ilə PUA-ları və dost elementləri RF təhlükələrinə qarşı qoruyan bu sistem cəmi 45 kq ağırlığındadır və 1100W güclə işləyir.

ANTIDOT 2-U LB/MB/HB

ANTIDOT 2-U LB/MB/HB HHM sistemlərini aşkar edib zərərsizləşdirərkən, platformasını və yaxınlıqdakı aktivləri eskort qarışdırma ilə qorumaq üçün nəzərdə tutulmuş, həm dəstək, həm də hücum imkanlarına malik olan kompakt REM sistemi kimi seçilir. Pod PUA-lara aşkar edilmədən döyüş sursatları daxilindəki hədəflərə yaxınlaşmağa imkan verir.

Yüngül və çoxyönlü rejim asanlıqla MAM-L sursatı üçün təchiz edilmiş PUA-larla inteqrasiya edilə bilər. Missiya ehtiyaclarına uyğun olaraq PUA platformalarına birdən çox pod qoşmaq olar. Sistem 11 kq ağırlığındadır, 380 Vt gücə malikdir və müxtəlif təhlükələr üçün müxtəlif versiyalara (LB/MB/HB) sahibdir.

ANTIDOT 2-U/S

ANTIDOT 2-U/S radioelektron dəstək sistemi təhdid yaradan HHM radarlarından gələn siqnalları aşkar edəcək, müəyyən edəcək, qeydə alacaq və təhdidlərin yerini müəyyənləşdirəcək. Məlumatları PUA-nın kommunikasiya xətti ilə anında Yerüstü İdarəetmə Stansiyasına ötürən sistem taktiki sinfə məxsus PUA-lara situasiya xəbərdarlığı təmin edəcək.

Müdafiə sənayesində innovativ həllər təqdim edən ASELSAN ANTIDOT seriyası ilə PUA əsaslı REM texnologiyalarında Türkiyənin qlobal rəqabətdəki yerini gücləndirməyi hədəfləyir. 30 kq ağırlığında və 400 Vt gücündə işləyən sistem tam avtonom işləyir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   ANTIDOT   PUA  


Bizi "telegram"da izləyin